Laçın rayonunda qətl hadisəsi baş verib.
Referans "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Fingə kəndi ərazisində qeydə alınıb.
Belə ki, el arasında müğənni kimi tanınan Səfər Quliyev ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta