Ukrayna Rusiya-ABŞ sammitinin Alyaskada onun iştirakı olmadan qəbul edilmiş qərarlarını tanımayacaq.
Viral.az xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski “Gənclər buradadır” forumunda deyib.
“Ukraynasız Ukraynadan danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Ona görə də söhbət onların özləri üçün vacib ola bilər, lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ Prezidenti bunu başa düşür və nəzərə alır”, – deyə o bildirib.
Son Yazılar:
- Zelenski Alyaskadakı danışıqların nəticələrini tanımayacaq
- ABŞ bombardmançılarıi Rusiya istiqamətində havaya QALXDI
- Naxçıvandan Bakıya gələn yük maşını İranda aşdı
Xatırladaq ki, avqustun 15-də ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş planlaşdırılır.