AZ

"TikTok"da məşhur aparıcıları görərək inandı, dələduzların tələsinə düşdüVİDEO

Masallı rayon sakini Xoşqədəm Əsədullayeva "TikTok"-da rastlaşdığı kredit elanına inanaraq dələduzların tələsinə düşüb.

Xezerxeber.az xəbər verir ki, onun sözlərinə görə, "Sürətli Kredit MMC" adlı səhifə 36 ay müddətinə 3 min manatadək kredit verilməsi barədə reklam paylaşıb. Kredit almaq ümidi ilə müraciət edən Xoşqədəm Əsədullayevadan əvvəlcə mobil nömrəsi, daha sonra isə telefonuna gələn təsdiq kodu istənilib.

Hər iki məlumatı təqdim etdikdən sonra dələduzlar Xoşqədəm Əsədullayevanın "VhatsApp" hesabına daxil olaraq telefon kitabçasındakı şəxslərə təcili 150 manat borc göndərilməsi barədə mesajlar yazıblar.

Telefona gələn kodu qarşı tərəfə göndərdikdən sonra səhifəni idarə edənlər Xoşqədəm Əsədullayevanın "TikTok" hesabını bloklayıblar. Onun telefonunun təxminən bir saat yarım sönülü qalmasına da səbəb olublar. Səhifədəki paylaşımlarda televiziya aparıcılarının görüntüləri yer aldığı üçün Xoşqədəm Əsədullayeva kreditin real olduğuna daha çox inanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
16
xezerxeber.az

1Mənbələr