AZ

İspaniyaya son 48 saatda 337 qeyri-qanuni miqrant gəlib

İspaniyaya son 48 saatda 337 qeyri-qanuni miqrant gəlib

İspaniyanın şərqində yerləşən Balear adalarına son 48 saatda 19 qayıqla 337 qeyri-qanuni miqrantın gəldiyi bildirilib.

İspaniya Sahil Mühafizəsi və Jandarmasının açıqlamasına görə, Balear adalar qrupundan Cabrera, Formentera, Mayorka və İbiza adalarına son 48 saat ərzində müxtəlif qruplar halında 19 qayıqla ümumilikdə 337 qeyri-qanuni miqrant daxil olub.

Rəsmilər Afrikanın sahillərindən yola çıxaraq Balear adalarına çatan qeyri-qanuni miqrantlardan 240-nın bu gün 12 qayıqla, 97-sinin isə dünən 7 qayıqla gəldiyini qeyd ediblər.

Daxili İşlər Nazirliyinin statistikasına əsasən, bu il indiyədək 206 qayıqla Balear adalarına 3 min 913 qeyri-qanuni miqrant gəlib.

Seçilən
13
2
afn.az

3Mənbələr