Avqustun 15-də Alyaskada ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında görüş keçiriləcək. Görüşün əsas mövzusu Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin dayandırılması olacaq.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit brifinqdə məlumat verib. Onun sözlərinə görə, müharibənin və qətllərin dayandırılması Tramp üçün prioritetdir. ABŞ prezidenti Rusiya ilə münasibətlərdə Ukrayna üzrə “qırmızı xətlər” çəkmək istəmir və hər iki tərəfi, o cümlədən humanitar məsələlərdə dialoqa çağırır.
//Samir Qurbanov, Editor.az