Türkiyənin Qaziantep vilayətində aralarında mübahisə yaşanan iki qrup arasında atışma olub.
News24.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Şahinbey rayonunda qeydə alınıb.
Hadisə nəticəsində 9 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma başlanıb, bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.