AZ

"Şəki dairəsi"ndə yeni salınan yol çöküb? - Layihə rəhbəri DANIŞDIVİDEO

Bir müddətdir Bakının Nərimanov rayonunda Y.V.Çəmənzəminli və Albert Aqarunov küçələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində aparılan təmir işlərinin böyük hissəsi tamamlanıb.

Xezerxeber.az-ın xəbərinə görə, layihə rəhbəri Nazim İsmayılov bildirib ki, işlərin tam yekunlaşdırılması növbəti ilin may ayına nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, dövlət proqramına uyğun olaraq yeni avtomobil yolunun 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3.9 km təşkil edəcək.

O da bildirildi ki, son günlərdə sosial şəbəkələrdə təmir olunan yolun çökməsi ilə bağlı videogörüntü paylaşılıb. Bu məlumat doğru deyil, bura kanalizasiya xətti üçün nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
2
xezerxeber.az

3Mənbələr