AZ

Rusiya millisinin futbolçusu Yunanıstanda çimərlikdə qarət edilib

Rusiyalı futbolçu Fedor Çalov Yunanıstanda çimərlikdə qarət edilib

Qaziler.az Rusiya mediasına istinadən bildirir ki, PAOK-un və Rusiya millisinin hücumçusu Fedor Çalov Yunanıstanın "Mikonyatika" çimərliyində qarət edilib.

 İdmançının icarəyə götürdüyü avtomobili sındıraraq 200 avro (18 min rubl) və sənədləri olan çantası götürülüb. O, polisə şikayət edib.

"Xalkidikidə çimərlikdə olan PAOK-un hücumçusu Fedor Çalov qarət edilib", - məqalədə deyilir.

27 yaşlı Çalov 2024-cü ilin yayında PAOK-un legioneri olub. Transfer 3 milyon avro (279 milyon rubl) təşkil edib. 2024/2025 mövsümündə forvard 40 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr