BAKI, 12 avqust. TELEQRAF
“Qarabağ”ın futbolçusu Hikmət Cəbrayılzadə UEFA Çempionlar Liqasında debüt edərək bu mövsüm adını klubun tarixinə yazdırıb.
Teleqraf-ın məlumatına görə, Şimali Makedoniyanın “Şkendiya” klubuna qarşı 18 yaş 10 günündə meydana çıxan yarımmüdafiəçi Ağdam təmsilçisinin cari mövsümdəki ən gənc oyunçusu olub. Cəbrayılzadə 77-ci dəqiqədə Leandro Andradeni əvəzləyib.
Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın 5:1 (ilk oyun 0:1) hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.