AZ

Zelenski: Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi Donbasdan qoşunlarını çıxara bilməz, çünki oradan yeni hücum təhlükəsindən ehtiyat edir.APA xəbər verir ki, bu barədə Unian məlumat yayıb.

“Biz Donbasdan çıxmayacağıq. Biz bunu edə bilmərik. Donbas mümkün yeni hücum üçün strateji mövqe rolunu oynayır", - Prezident deyib.

Münaqişənin danışıqlar yolu ilə həllinin mümkünlüyündən danışan Zelenski, bunun üçün liderlər səviyyəsində üç görüşün lazım olacağını bildirib. Onun fikrincə, bu görüşlərdən ikisi ikitərəfli, biri isə üçtərəfli görüş olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
6
apa.az

8Mənbələr