AZ

Növbəti səyyar qəbul Yeni Tahircal kəndində baş tutub - FOTO

Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayonun Yeni Tahircal kəndində vətəndaşların səyyar qəbulunu keçirib.

Bizim.Media xəbər verir ki, qəbulda həmçinin RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı kənd sakinləri mövcud infrastruktur problemləri barədə məlumat veriblər.

Onlar xüsusilə elektrik təsərrüfatı ilə bağlı çətinlikləri diqqətə çatdıraraq qeyd ediblər ki, mövcud xətlərdə gərginlik aşağıdır, bu səbəbdən kənddə elektrik təchizatında fasilələr yaranır.
 

Sakinlər əlavə transformatorun quraşdırılması, köhnə və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi və naqillərin dəyişdirilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi ilə bağlı müraciətlərini ediblər. Bundan başqa, kənddaxili yolların təmiri məsələsi də gündəmə gətirilib.


Səyyar qəbulda səslənən bütün müraciətlər qeydə alınıb, bir sıra məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
25
bizim.media

1Mənbələr