Metbuat saytına istinadən ain.az xəbər verir.
"Çox vacib oyun idi. Azarkeşlərə təşəkkür edirəm. Stadionda futbol ab-havası var idi".
Metbuat.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubunu 5:1 hesabla məğlub etdikdən sonrakı mətbuat konfransında deyib.
"Yaxşı bir oyun oldu. Rəqibə uğurlar arzu edirəm. Özlərini çox alicənab aparırdılar. Deyə bilmərəm ki, belə böyükhesablı qələbə gözləyirdim, amma istəyirdim", - Q. Qurbanov əlavə edib.
Sevinc İbrahimzadə / Metbuat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.