ABŞ Prezidenti Donald Tramp bildirib ki, Fələstin hərəkatı HƏMAS “Qəzza zolağında qala bilməz”. Axios nəşrinə qısa müsahibəsində Tramp vurğulayıb ki, İsrail özü Qəzzadakı “növbəti addımlarını” və HƏMAS-ın orada qalmasına icazə verilib-verilməyəcəyini müəyyən etməlidir.
O, İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzanı işğal planını birbaşa dəstəkləmədiyini qeyd edib və hazırkı şəraitdə HƏMAS-ın əsirləri azad edəcəyinə şübhə ilə yanaşdığını bildirib.
//Samir Qurbanov, Editor.az