AZ

Türkiyədə oynayan hücumçu ilə anlaşmağa yaxındır

“Leyptsiq” sloveniyalı hücumçu Benjamin Şeşkonun yerinə yeni forvardla müqavilə bağlamağa yaxındır. Almaniya klubu ötən həftə Şeşkonu 85 milyon avroya “Mançester Yunayted”ə satıb.

Sportinfo.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, “Leyptsiq” artıq yeni hücumçunun transferində son mərhələyə çatıb.

Söhbət Türkiyənin “Göztəpə” klubunda çıxış edən Romulodan gedir. Braziliyalı futbolçunun transferi təxminən 20 milyon avroya başa gələcək. “Göztəpə” artıq bu təklifi qəbul edib.

23 yaşlı hücumçu son mövsümdə 33 oyunda iştirak edib, 17 qol vurub və 10 məhsuldar ötürmə verib.

Seçilən
57
1
sportinfo.az

10Mənbələr