AZ

Netanyahu İran xalqına müraciət etdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İsrailin baş naziri Benyamin Netanyahu xüsusi videomüraciətlə İran xalqına səslənib.

Globalinfo.az xəbər verir ki, o, çıxışında iranlıların tarixi irsinə toxunaraq onları azadlıq uğrunda birliyə çağırıb.

“Siz Böyük Kirin övladlarısınız. Minilliklər boyunca mədəniyyət, elm və sivilizasiyaya verdiyiniz töhfələr dünyada iz buraxıb. İndi isə azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Əgər istəsəniz, azad İran xəyal deyil. Siz tək deyilsiniz. Mən sizinləyəm, İsrail sizinlədir. İran iranlılar üçündür!” — Netanyahu vurğulayıb.

Onun sözlərinə görə, İran xalqı zorakılıq və təzyiq altında yaşamağa məhkum deyil və gələcəklərini dəyişmək onların öz əlindədir.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
7
globalinfo.az

10Mənbələr