AZ

Netanyahu İran xalqına müraciət etdi

  İsrailin baş naziri Benyamin Netanyahu xüsusi videomüraciətlə İran xalqına səslənib.

Referans xəbər verir ki, o, çıxışında iranlıların tarixi irsinə toxunaraq onları azadlıq uğrunda birliyə çağırıb.

“Siz Böyük Kirin övladlarısınız. Minilliklər boyunca mədəniyyət, elm və sivilizasiyaya verdiyiniz töhfələr dünyada iz buraxıb. İndi isə azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Əgər istəsəniz, azad İran xəyal deyil. Siz tək deyilsiniz. Mən sizinləyəm, İsrail sizinlədir. İran iranlılar üçündür!” — Netanyahu vurğulayıb.

Onun sözlərinə görə, İran xalqı zorakılıq və təzyiq altında yaşamağa məhkum deyil və gələcəklərini dəyişmək onların öz əlindədir./Globalinfo.az  

Seçilən
11
7
referans.az

10Mənbələr