AZ

Hər birinin üzü fərəhli və qürurlu…VİDEO

Laçının işğaldan azad olunmasının növbəti ildönümü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə növbəti media-tur təşkil edilib.

Media nümayəndələri bu ərazilərdə dislokasiya olunan bölmələrdə və döyüş mövqelərində yaradılan şəraitlə tanış olub, hərbi qulluqçuların fəaliyyətini izləyib, xidmət şəraiti ilə yaxından tanış olublar.

Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunan ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Media nümayəndələri, həmçinin şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət hərbi hissəyə də baş çəkiblər. Onlar burada yaradılan yataqxana, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə yaxından tanış olublar. Daha sonra media nümayəndələri əsgərlərlə birgə nahar ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
xezerxeber.az

1Mənbələr