Oxu.az saytına istinadən ain.az xəbər verir.
Balıkesirin (Türkiyə) Sındırgı rayonunda avqustun 10-dan 12-dək 879 zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) sosial media hesablarında məlumat verilib.
Məlumata görə, yeraltı təkanlardan 744-ü 3.0 baldan az, 120-si isə 3.0 ilə 3.9 bal arasında olub.
Həmçinin qeyd edilən dövr ərzində 4.0 - 4.9 bal gücündə 17 zəlzələ yerli sakinlər arasında narahatlıq yaradıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.