GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
İranın Əlborz əyalətinin Savucbulaq şəhərinə tabe Hiv kəndində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazasında güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, partlayışın səsi böyük məsafədən eşidilib və ətraf ərazilərdə ciddi təlaş yaradıb. Hadisənin səbəbi hələ ki, rəsmi olaraq açıqlanmayıb.
Bəzi mənbələr partlayışın təsadüfi deyil, məqsədli şəkildə həyata keçirilən bombardman olduğunu iddia edir. Lakin bu məlumatlar İran rəsmiləri tərəfindən təsdiqlənməyib.
Hadisə ilə bağlı araşdırmaların aparıldığı bildirilir
https://cdn.globalinfo.az/2025/08/video5251337928772189714.mp4
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.