Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda yenidən zəlzələ olub.
Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, 4 maqnituda gücündə zəlzələnin dərinliyi 10.97 kilometr olub.
Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.
Xatırladaq ki, avqustun 11-də Sındırqıda ard-arda iki zəlzələ qeydə alınmışdı.