Türkiyənin Adıyaman şəhərində kənd təsərrüfatı sahəsində çalışan işçiləri daşıyan mikroavtobus aşıb.
Hakimiyyet.az xəbər verir ki, hadisə Tut rayonunda qeydə alınıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Qəza nəticəsində sürücü də daxil olmaqla 19 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.