AZ

Türkiyədə atışma: 9 nəfər yaralanıb

Türkiyənin Qaziantep vilayətində uzun müddətdir davam edən ədavət silahlı atışmaya səbəb olub.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, insident nəticəsində 9 nəfər yaralanıb.

Hadisə Şahinbəy rayonu, Günəş məhəlləsində baş verib. İddialara görə, iki qrup arasında mübahisə düşüb. Mübahisə qısa zamanda davaya çevrilib. Dava nəticəsində, tərəflər bir-birinə silahla atəş açıblar.

Xilasedicilər 9 yaralıya ilkin tibbi yardım göstərib və onları müxtəlif xəstəxanalara çatdırıblar. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Seçilən
8
demokrat.az

1Mənbələr