"Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, bu, “Ferensvaroş” (Macarıstan) - “Ludoqorets” (Bolqarıstan) arasında keçirilən qarşılaşmadan sonra bəlli olub.
Cavab matçında rəqibini 3:0 hesabı ilə məğlub edən Macarıstan təmsilçisi adını pley-offa yazdıraraq “Qarabağ”a rəqib olub.
Komandalar arasında keçirilən ilk oyun qolsuz başa çatmışdı.
Qeyd edək ki, “Qarabağ”ın pley-offda ilk oyunu səfərdə olacaq. Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.
Xatırladaq ki, “Qarabağ” daha öncə də “Ferensvaroş”la üz-üzə gəlib. Ağdam təmsilçisi 2022-ci ildə evdə 1:1 hesabı ilə heç-heçə etdiyi rəqibi üzərinə səfərdə 3:1 hesablı qələbə qazanaraq pley-offa adlamışdı.