AZ

“Qarabağ”ın pley-offdakı rəqibi məlum oldu

“Qarabağ”ın pley-offdakı rəqibi məlum oldu

Ötən gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə adlayan "Qarabağ”ın buradakı rəqibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, yarışın 3-cü təsnifat mərhələsində "Ferensvaroş” (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu "Ludoqorets”i qəbul edib. Bu komandaların ilk matçı 0:0 hesabı ilə başa çatıb.

Cavab oyununda "Ferensvaroş” 3:0 hesabı ilə qələbə qazanıb və "Qarabağ”a rəqib olub.

"Qarabağ"ın pley-off mərhələsində ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı isə avqustun 27-si Bakıda keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" "Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlmişdi.

Seçilən
34
5
afn.az

10Mənbələr