AZ

UEFA “Qarabağ”ın oyunlarının vaxtını təsdiqlədi

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la “Ferensvaroş” (Macarıstan) arasında keçiriləcək oyunların vaxtı təsdiqlənib.

QOL.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

Komandalar arasında ilk oyun avqustun 19-u Budapeştdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab görüşü isə avqustun 27-si Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq və yerli vaxtla saat 21:00-da start götürəcək.

Xatırladaq ki, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.

Seçilən
37
10
teleqraf.com

10Mənbələr