AZ

Bakıda üç avtomobil TOQQUŞDU: Xəsarət alanlar var

Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, zəncirvari qəza 17:30-da, Fatmayı-Novxanı avtomobil yolunda qeydə alınıb.

İSUZU, "Mercedes-Benz" və KIA markalı nəqliyyat vasitələri toqquşublar.

Qəza nəticəsində "Mercedes-Benz"in sürücüsü Nigar Abdullayeva və avtomobildə olan iki sərnişin xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

​​​​​​" Cebheinfo.az"

Seçilən
4
3
cebheinfo.az

4Mənbələr