Onilliklər ərzində tikilmiş fərdi yaşayış evləri arasındakı yollar o qədər baxımsızdır ki, sakinlər nə özləri bu yoldan normal istifadə edə bilir, nə də çağırdıqları xidmətlər buraya gəlmək istəmir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Gəncənin Məmmədyusif Axundzadə küçəsi, 6-cı döngədəndir.
Ərazidə yaşayanlar deyir ki, yolların maili olması səbəbindən yağıntılı havalarda küçə ilə axan yağış suları yolu daha da yararsız hala salır.
Gəncə ŞİH-dən isə bildirildi ki, şəhərdə icra olunan “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə küçələrinin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması da şəhərin içməli su və çirkab su xətləri sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə mərhələli şəkildə asfalt işlərinin görülməsi həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.