AZ

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşma Tramp üçün çox əhəmiyyətlidir

Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşma ABŞ Prezidenti üçün çox əhəmiyyətlidir.

APA xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin sözçüsü Temmi Bryus mətbuat konfransında deyib.

"Bu razılaşma, bu müqavilə onun üçün çox önəmlidir. Bu, bizim administrasiya üçün, həm də dünyaya üçün əhəmiyyətlidir. Bu barədə çox danışılmadığı üçün bəziləri bəlkə də xəbərsizdirlər. Bu iki qonşu onilliklərdir ki, münaqişə içindədir. 35 ildən çoxdur ki, saysız-hesabsız insan həyatını itirib, nəsillər zərər görüb. Avropalılar, Fransa, Putin, hətta Bayden münaqişəni bitirməyə cəhd edib, amma yalnız Tramp bu iki ölkəni tarixi sülhə nail olmaq üçün bir araya gətirə bildi. Münaqişələrin və ya ədavətin nə qədər davam etməsindən asılı olmayaraq, Tramp ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir", - Temmi Bryus vurğulayıb.

Seçilən
13
apa.az

1Mənbələr