AZ

Vatsapa yeni funksiya gəldi

ain.az bildirir, Axar.az portalına istinadən.

Vatsap Android üçün yayımlanan beta versiyasında “Haqqında” bölməsində müddətli status xüsusiyyətini test etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Məlumata görə, yeni funksiya istifadəçilərə profil açıqlamalarına zamanlayıcı əlavə etməyə imkanı verəcək və təyin olunan müddət bitdikdən sonra bu məlumat avtomatik olaraq silinəcək. Beləliklə, aktuallığını itirən və ya müvəqqəti məlumatlar profil səhifəsində artıq yer tutmayacaq.

Yeni zamanlayıcı seçimi ilə paylaşılacaq qeydlər 30 dəqiqə ilə 1 gün arasında görünəcək. Daha operativ istifadə istəyənlər üçün isə 1 aya qədər xüsusi müddət təyin etmək imkanı da mövcud olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
1
axar.az

10Mənbələr