AZ

Qadağan olunmuş arzularınızı paylaşmaq: Partnyorla bu barədə necə danışmalı?

Milli.az saytına istinadən ain.az xəbər verir.

Cütlüklərin intim arzular və fantaziyalar haqqında danışması üçün doğru zaman, sakit mühit və partnyorun istənilən reaksiyasına hazır olmaq vacibdir.

Milli.Az xəbər verir ki, bu barədə ukraynalı seksoloq və psixoloq Svyatoslava Fedorets "RBC-Ukrayna"ya verdiyi müsahibədə danışıb.

Söhbətə nə vaxt və necə başlamaq olar?

Mütəxəssisin sözlərinə görə, bu cür incə mövzular partnyorun rahat və heç bir işlə məşğul olmadığı anlarda müzakirə olunmalıdır.

"Məsələn, kişi sükan arxasındadır və yolda gərgin bir vəziyyət yaşanır, bu anda həyat yoldaşı deyir: 'Əzizim, seks həyatımız haqqında danışmaq istəyirdim'. Bu, həmişə uğurlu bir yanaşma olmur. Eyni ilə qadın yemək bişirəndə və televizor səs-küy salırsa, bu da düzgün vaxt deyil", - deyə Fedorets izah edib.

O, söhbət üçün rahat şərait yaratmağı tövsiyə edir: məsələn, masaj etmək, şamlar yandırmaq və öncədən xəbər vermək ki, mövzu intim bir sahəyə aiddir.

Partnyorun reaksiyasına necə yanaşmalı?

Seksoloq vurğulayır ki, partnyorun fantaziyanı bölüşmək istəməmək və "yox" demək haqqı var. Bu isə arzunun gerçəkləşməyəcəyi anlamına gəlmir. Bəzən hər iki tərəfə uyğun kompromislər və ya "yarımçıq tonlar" tapmaq mümkündür.

Lakin heç bir halda partnyora təzyiq etmək olmaz.

"Çox vaxt belə olur: 'Mən bir fantaziyamı paylaşdım, deməli indi bununla bağlı nəsə etməliyik'. Amma bu cür söhbətlərin məqsədi paylaşmaqdır - sonra isə uyğun olanlara baxmaq və nəyi gerçəkləşdirmək mümkün olduğunu birlikdə dəyərləndirmək", - deyə Fedorets bildirir.

O əlavə edir ki, bəzən insanlar seks haqqında danışmaqdan utanırlar: belə hallarda ya susurlar, ya da əsəbi şəkildə zarafat etməyə başlayırlar. Belə vəziyyətlərdə zərif davranmaq və partnyoru hazır olmadığı mövzuya zorla cəlb etməmək vacibdir.

Kənan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
1
news.milli.az

2Mənbələr