Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.
İsrailin Baş naziri Binyamin Netanyahu, İran vətəndaşlarına müraciət edərək, siyasi dəyişikliklər baş verəcəyi təqdirdə su təchizatı problemlərinin həllinə dair yardım təklif edib. SİA xəbər verir ki, müraciət baş nazirin rəsmi "YouTube" kanalında yayımlanıb.
Netanyahu çıxışında deyib ki, İran hakimiyyəti İsraillə on iki günlük müharibədə məğlub olub və vətəndaşların hüquqlarını məhdudlaşdırır.
"İran azad olduqda, mütəxəssislərimiz ölkənizin hər bir şəhərinə suyun təkrar emalı texnologiyaları gətirəcək. Küçələrə çıxın. Dəyişiklik tələb edin. Buna dəyər!", - o deyib.
“Bizim qurucu atamız Teodor Hertslın (Dünya Sionist Təşkilatının yaradıcısı – red.) yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”.
İstəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Siz tək deyilsinz, mən sizinləyəm. İsrail sizinlədir. İran iranlılar üçündür!”, - İsrailin Baş naziri əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.