AZ

Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib?

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Alyaskada görüş Rusiya Prezidentinin Trampa görüş üçün müraciətindən sonra təşkil edilib”. 

“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, bu sözləri Ağ Evin sözçüsü Kerolayn Livit keçirdiyi brifinqdə deyib.

“Ukrayna Prezidenti Volodimir Zelenski Alyaskada Putinlə Tramp arasındakı görüşə niyə dəvət olunmayıb”? sualına Ağ Ev rəsmisi belə cavab verib: “Prezident Tramp görüşə Vladimir Putinin müraciətindən sonra razılıq verib”.

Livit əlavə edib ki, buna görə də bu görüşdə Ukrayna məsələsi üzrə danışıqlarda münaqişənin yalnız bir tərəfi təmsil olunacaq.

Qeyd edək ki, Tramp və Putin arasındakı görüş avqustun 15-də Alyaskada keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
2
qafqazinfo.az

10Mənbələr