AZ

Alimlər qaraciyərin özünü bərpa etmə qabiliyyətini artıran yeni üsul kəşf etdilər

Birmingem Universitetinin tədqiqatçıları təbii şəkərlər hialuron turşusu və alginatdan istifadə edərək, qaraciyərin regenerasiya qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndiriblər.

Milli.Az xəbər verir ki, bu yenilikçi yanaşmanın detalları "Communications Biology" (ComBio) jurnalında dərc olunub.

Qaraciyər özünü bərpa etmək bacarığına malik nadir orqanlardan biridir və bu proses hepatik progenitor hüceyrələr (HPC) vasitəsilə həyata keçirilir. Lakin bu hüceyrələrin müalicədə istifadəsi bəzi çətinliklərlə üzləşir: HPC-lər zədələnmiş toxumalarda zəif sabitləşir və bu da onların effektivliyini azaldır.

Bu problemi aradan qaldırmaq üçün alimlər HPC-lərin səthini hialuron turşusu və alginatla təbii şəkərlərlə örtüblər. Nəticədə hüceyrələrin "yapışqanlıq" xüsusiyyəti artıb, onlar toxumaya daha yaxşı bağlanıb və ətraf hüceyrələrlə effektiv qarşılıqlı əlaqə qurublar.

Vacib məqam budur ki, bu təbəqə hüceyrələrin funksional xüsusiyyətlərinə təsir etməyib. HPC-lər yenə də qaraciyər hüceyrələrinə çevrilmək və həyati əhəmiyyətli zülalları istehsal etmək qabiliyyətini qoruyublar.

Bu texnologiya metabolik oliqosakarid mühəndisliyi (MOE) adlanan üsul vasitəsilə həyata keçirilib. Təcrübələrdə sübut olunub ki, bu şəkildə təkmilləşdirilmiş hüceyrələr sağlam toxumalara 50% daha yaxşı yapışır, struktur sabitliyi artır və zədələnmiş orqanla daha güclü inteqrasiya baş verir. Təbəqə öz funksiyasını yerinə yetirdikdən sonra tədricən orqanizmdən sorularaq yox olur.

Hazırda qaraciyər transplantasiyası ciddi zədələr zamanı yeganə effektiv müalicə üsulu hesab olunur. Lakin donor çatışmazlığı bu sahədə əsas problemlərdən biridir. Alimlər ümid edirlər ki, yeni texnologiya gələcəkdə transplantasiyaya alternativ ola, rəddolunma riskini azalda və hüceyrə əsaslı müalicələri daha əlçatan edə bilər.

Bu yanaşma hələlik yalnız laboratoriya mühitində sınaqdan keçirilib, lakin klinik şəraitdə təsdiqlənərsə, siroz,

Kənan
Milli.Az

Seçilən
13
2
milli.az

3Mənbələr