AZ

"Qarabağ"ın pley-off-dakı rəqibi MƏLUM OLDU

Ajans.az xəbər verir ki, III təsnifat mərhələsində "Ludoqorets”i (Bolqarıstan) mübarizədən kənarlaşdıran “Ferentsvaroş” (Macarıstan) (0:0, 3:0) Liqa mərhələsinə gedən yolda Ağdam təmsilçisinin rəqibi olub. Qeyd edək ki, III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

Qurban Qurbanovun komandası "Ferentsvaroş"la ilk oyununa avqustun 19-da səfərdə çıxacaq. Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
66
1
Ajans.az

10Mənbələr