AZ

Putinlə Trampa Alyaskada yer tapılmadı - Hərbi bazada görüşəcəklər

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşü avqustun 15-də Alyaskanın Ankaric şəhərində yerləşən Elmenorf-Riçardson hərbi bazasında keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNN yayıb.

Məlumata görə, hazırda Alyaskada turizm mövsümi olduğundan iki liderin görüşü üçün uyğun yerlər məhdud olub.

Məsələ araşdırıldıqdan sonra hərbi baza tarixi görüş üçün bütün tələblərə cavab verən yeganə məkan olub.

Hazırda sammitə hazırlıq işləri davam edir.

Bizim.Media

Seçilən
18
10
bizim.media

10Mənbələr