AZ

Bu postsovet ölkə rəhbərliyi Rusiyada işləyən vətəndaşlarını vətənə qayıtmağa çağırdı...

Qırğızıstan hakimiyyəti xaricdə işləyən ölkə vətəndaşlarını vətənlərinə qayıtmağa çağırıb.
 
Moderator.az yerli "İnformburo" nəşrinə istinadla xəbər verir ki, bu müraciətlə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev çıxış edib. 
 
“Vətəndaşlarımız xarici ölkəyə miqrant olaraq pul qazanmaq üçün gedirlər. Onlar qayıtmalıdırlar. Prezident çıxışlarının birində demişdi ki, biz miqrantları qaytaracağıq. Və vaxt gəldi. Miqrantlar tikinti sahələrində işləyə, xüsusi texnika işlədə, xalqa xidmət edə bilərlər”,- deyə o, bəyan edib.
 
Taşiyev Qırğızıstanda kəskin kadr çatışmazlığından şikayətlənib. Onun sözlərinə görə, təkcə Narın rayonunda 127 obyekt tikilir və  tikinti sahələrində işçi çatışmazlığı var.
 
Qırğızıstandan olan əmək miqrantlarının çoxu pul qazanmaq üçün Rusiyaya üz tutur. Müxtəlif hesablamalara görə, Rusiya Federasiyasında 300 mindən 600 minədək respublika vətəndaşı işləyir. 
 
İyulun 24-də Bişkekdə keçirilən görüşdə Qırğızıstan Xarici İşlər Nazirliyinin rəis müavini Almaz İmanqaziyev və Rusiyanın respublikadakı səfiri Sergey Vakunov Qırğızıstan əmək miqrantları Rusiyaya getməzdən əvvəl onların üzərində yoxlamaların aparılması imkanını müzakirə ediblər.
 
S.Laçın
Seçilən
54
5
moderator.az

10Mənbələr