Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 13-ü saat 1 radələrində Mingəçevir şəhəri Nizami küçəsində baş verib.
2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəhər ərazisində bir xanıma sevgi mesajı yazıb. Bundan həmin xanımın qohumu 1995-ci il təvəllüdlü İbrahim Tahiri xəbər tutub və o, R.Məmmədovla görüşərək mübahisə edib. Mübahisə nəticəsində R.Məmmədov İ.Tahirini ürəyindən bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, əməli törədən R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları aparılır.
Samir Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.