Bakı.Trend:
İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaqməqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni təlimproqramına start verib. Proqram çərçivəsində namizədlər avtobussürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktikicəhətdən hazırlıq keçirlər.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumatyayıb.
Bildirilib ki, təlimlər sürücülük bacarıqları ilə yanaşı, etikdavranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatəedir. Əlilliyi olan şəxslərlə düzgün davranış qaydaları da xüsusiləaşılanır. Məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin edən,sərnişinlərlə düzgün və nəzakətli davranan, böhran vəziyyətlərdəpeşəkarlıq nümayiş etdirən qadın sürücülər hazırlamaqdır.
Qeyd edilib ki, yəlim müddətində iştirakçılar baxış texnikası,manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərəcəlb olunurlar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitindəidarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmətrayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsininqorunması təşkil edir. Eyni zamanda, sürücülər müxtəlif yolşəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacibbacarıqlar qazanırlar.
Məlumata görə, təlimlərin sonunda iştirakçılar xüsusihazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarındankeçirlər. Bu mərhələdə onların həm nəzəri bilikləri, həm dəpraktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir. AYNA-nın butəşəbbüsü qadınların iqtisadi fəallığını dəstəkləyir, onlarınnəqliyyat sahəsində rolunu artırır. Bu, həm də ictimai nəqliyyatdaxidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişin məmnuniyyətinəböyük töhfə verir.