AZ

Elan saytlarında vətəndaşları aldadan şəxs tutuldu

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb.

 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Senzor.az-a bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

Seçilən
47
32
senzor.az

10Mənbələr