Komandanlığa görə, bombardmançıların Avropaya göndərilməsi bölgədə keçirilən təlimlər çərçivəsində həyata keçirilib. "Bu köçürmə bizə döyüş əməliyyatları üsullarını təkmilləşdirmək, NATO müttəfiqlərimizlə inteqrasiyanı gücləndirmək imkanı verir," - deyə ABŞ-nin 345-ci bombardmançı eskadrilyasının komandiri, polkovnik-leytenant Erik Alvares bildirib. Təlimlər zamanı B-1B Lancer təyyarələri Norveçin F-35 qırıcıları və digər NATO aviasiya vasitələri ilə birgə tapşırıqlar icra edəcək. Ekipajlar həmçinin hava və yerüstü təhdidlərə qarşı müdafiə manevrlərini məşq edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31