Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2024-cü ilin mənfəət bəyannaməsi üzrə audit yoxlaması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 12 manatdır.
İddiaçılar təkliflərini sentyabrın 3-ü, saat 14:00-a qədər AZSTAND-ın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 3-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "Azəruçot" MMC olub. Şirkətə 3 min manat ödənilib.