AZ

Trampın Nobel almasını dəstəkləyən liderlər açıqlandı — Siyahıda İlham Əliyev də var

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini dəstəkləyənlərin siyahısını açıqlayıb.

Demokrat.az xəbər verir ki, rəsmi açıqlamada bu məsələdə ABŞ prezidentinə dəstək ifadə edən xarici liderlərin siyahısı dərc olunub.

Siyahıya daxildir:

- Azərbaycan Prezidenti İlham Əliyev;

- Ermənistanın Baş naziri Nikol Paşinyan;

- Kambocanın Baş naziri Hun Sen;

- Qabon Prezidenti Brays Oliqi Nqema;

- İsrailin Baş naziri Benyamin Netanyahu;

- Pakistan hökuməti;

- Ruandanın xarici işlər naziri Olivye Nduhunqirehe.

Qeyd edək ki, Trampın Nobel Sülh Mükafatına namizədliyi dünya mediasında geniş müzakirə olunur. O, hakimiyyətinin altı ayında 6 beynəlxalq münaqişəni dayandırdığını açıqlayıb. Trampın tərəfdarları, ona yaxın siyasətçilər buna görə ABŞ liderinin Nobel Sülh Mükafatına layiq olduğunu düşünürlər.

Qeyd edək ki, Tramp Hindistan və Pakistan, Kamboca və Tailand arasında toqquşmada vasitəçilik edib, həmçinin ötən həftə Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qonaq edərək iki ölkə arasında Birgə Bəyannamənin imzalanmasına nail olub.

ABŞ lideri hazırda Rusiya və Ukrayna arasında müharibədə vasitəçilik etmək istəyir, bunun üçün avqustun 15-də Rusiya Prezidenti Putinlə görüşmək niyyətindədir.

Seçilən
43
25
demokrat.az

10Mənbələr