AZ

Nikol Paşinyan: İlham Əliyevlə qərara gəldik ki...

“Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampa Nobel sülh mükafatının verilməsi üçün Beynəlxalq Nobel Komitəsinə birgə ərizə təqdim etmək qərarına gəlmişik”.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri xalqa müraciətində deyib.

Qeyd edək ki, avqustun 8-də Ermənistan və Azərbaycan arasında ABŞ-nin vasitəçiliyi ilə bəyannamənin imzalanmasından sonra keçirilən mətbuat konfransında İlham Əliyev və Nikol Paşinyan Donald Trampın Nobel mükafatını almağa layiq olduğunu bəyan edib. Azərbaycan Prezidenti Ermənistan baş nazirinə ABŞ prezidentinə Nobel sülh mükafatının verilməsi üçün Beynəlxalq Nobel Komitəsinə birgə ərizə təqdim etməyi təklif edib.


Seçilən
38
22
news24.az

10Mənbələr