ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus İran və ya Rusiya "Tramp marşrutu"na (Zəngəzur dəhlizi) mane olmağa çalışsalar, ABŞ-ın hansı addımları atacağı ilə bağlı sualı cavablandırıb.
News365.az-ın məlumatıma görə, bu barədə o, jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.
"Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə spekulyasiya etmək fikrində deyiləm. Bütün dünya bilir ki, Prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu razılaşma onun üçün vacibdir".
Sözçü, həmçinin əlavə edib ki, Aİ, Fransa, Rusiya və Baydenin dövründə olan ABŞ Ermənistan və Azərbaycan arasında sülhə cəhd ediblər, lakin buna yalnız Tramp nail olub.
Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, Azərbaycan və Ermənistan ABŞ ilə iqtisadi sazişlər imzalayıb ki, bu da ABŞ biznesi üçün yeni imkanlar açır.