Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədərtəhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrəmüsabiqənin müsahibə mərhələsi keçirilib.
Trendxəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, 2022-ci və 2023-cü illərdə keçirilənmüsabiqələrin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən,lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsimümkün olmayan namizədlər, eyni zamanda 2023-cü ildə testimtahanında keçid balını (29 və daha çox) toplayan və müsahibəyəqatılmayan şəxslər yenidən təşkil olunmuş müsahibədə iştirakediblər.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji vəpeşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılıb.
Müsahibənin nəticələri barədə namizədlərə məlumat veriləcək.
Nəticələrlə bağlı müraciətlərə baxılması məqsədilə xüsusikomissiya yaradılacaq.