Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Mingəçevirin Nizami küçəsində 30 yaşlı şəxs bıçaqlanıb.Reyting.az xəbər verir ki, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib.Yaralı Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.