Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü turunda Şimali Makedoniyanın "Şkendiya" komandası ilə cavab oyunundakı qələbəsi ilə ölkəmizə UEFA reytinqində daha bir xal qazandırıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin növbəti qələbəsi (5:1) sayəsində Azərbaycanın balansına daha 0.250 xal əlavə olunub.
Beləliklə, Azərbaycanın 19.250 xalı var və hazırda 28-ci yerdədir. Həmin reytinqdə Ukrayna bir pillə irəlidədir (19.600), Rusiya isə (18.299) geridədir.
Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.