AZ

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliy Gəncədə tədbir keçirib FOTOLAR

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çərçivəsində Gəncə şəhərində tədbir keçirib.

QHT.az xəbər verir ki, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması təlimləri” layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində maarifləndirici tədbir həyata keçirib.

Tədbirdə Gəncə Dövlət Universitetinin Texnologiya kafedrasının müdiri, dosent Elçin Cavadov, Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiyə Hacımuradova, Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Göyçək Pirverdiyeva, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva, İB-in sədr müavini, təhsil eksperti Nuranə Şixəliyeva, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini və psixoloq Vəfa Abbasova, müəllimlər və psixoloqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin Azərbaycanda gender əsaslı zorakılığın qarşısını almaq və zorakılığa məruz qalmış şəxslərin sosial, hüquqi və psixoloji dəstək almasını təmin etmək olduğunu vurğulayıb.

Mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar paylanıb.

Məlumat üçün qeyd edək ki, sözügedən layihə çərçivəsində Beyləqan, Saatlı və Zaqatala rayonlarında maarifləndirici tədbirlər həyata keçiriləcək.

Fotolar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
49
icma.az

10Mənbələr