AZ

Nura Suri Kişilərin utanmadan qadınların açıq şəkildə...

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Hər dəfə deyirəm ki, heç nəyə təəcüblənməyəcəyəm. 

Yenə də insanların dərrakəsizliyinə və axmaqlığına təəcüblənirəm”.

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri “Facebook” hesabında yazıb.

O, beyin işlətməyən insanları sevmədiyini bildirib:

“Deməli, səhnə aldığım məkandan şəkil paylaşmışam. Geyimim səhnə üçün hazırlanıb. Ümumiyyətlə, “Facebook”-da şəkil, video və ya klipi nadir hallarda paylaşıram. “Facebook”-da status yazmağa daha çox üstünlük verirəm. 

Nə isə, şərhlərdə bir neçə “kişi” (“Facebook” istifadəçisi) mənə yazılan xoş sözlərə ağızlarına gələni yazırlar. Əvvəlcə bir neçəsini sildim, sonra düşündüm ki, qalsın, başqaları da görsün, belələrini tanısın.  Mənim səhnə geyimim onları niyə narahat edir, anlamıram. Kişilərin utanmadan qadınların açıq şəkildə qeybətin etməsi, onların geyimini müzakirə etməsi ikrah hissi yaradır”.

Aslan

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
3
cebheinfo.az

6Mənbələr