AZ

Böyük Britaniya “Apache” helikopteri ilə birgə xidmət edəcək yeni avtonom təyyarə hazırlayır

Böyük Britaniya Ordusu AH-64E “Apache” döyüş helikopterləri ilə birlikdə fəaliyyət göstərəcək yeni avtonom təyyarənin hazırlanması üçün işlərini davam etdirir.

“Poliqon” “UK Defence Journal” nəşrinə istinadən xəbər verir ki, inkişaf etdiriləcək “Land Autonomous Collaborative Platform” (LACP), “yüksək dərəcədə avtonom, “idarə olunur, lakin nəzarət edilmir”” prinsipi ilə fəaliyyət göstərən pilotsuz uçuş aparatı (PUA) olacaq və mübahisəli mühitlərdə müxtəlif missiyaları yerinə yetirə biləcək.

Bildirilib ki, məqsəd pilotlu platformanın ölümcüllüyünü və sağ qalma qabiliyyətini artırmaq, habelə logistika yükünü azaltmaq və texniki xidmət tələblərini pilotlu platformaya nisbətən aşağı salmaqdır. Əməliyyat tələblərinə cavab verə biləcək pilotsuz təyyarə vertikal qalxma və enmə (VTOL) qabiliyyətinə malik olacaq, təxminən 200 kq və ya daha çox yük daşıya biləcək.

Bundan əlavə, modullu yüklər sistemin müxtəlif missiyalar üçün tez və rahat şəkildə dəyişdirilməsinə və uyğunlaşdırılmasına imkan verəcək.

Seçilən
12
poliqon.az

1Mənbələr